Bakıya ilk dəfədir gəlirəm. Buraya ailəmlə birgə UEFA Avropa Liqasının final oyununu izləmək üçün gəlmişəm. Sizin çox heyrətamiz şəhəriniz var. Burada hər yer təmiz və abaddır, çoxlu gəzməli, maraqlı parklarınız var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda UEFA Avropa Liqasının final matçını izləməyə gələn qazaxıstanlı turist Roman Canibayev deyib. “Futbol azarkeşi kimi deyə bilərəm ki, “Arsenal” üçün bu oyun daha çox vacibdir. “Çelsi” də çox güclü klubdur. Düşünürəm ki, biz Bakıda maraqlı və həyəcanlı oyun seyr edəcəyik”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB