"Təhlükəsizlik burada çox yüksək səviyyədədir və ilk dəfə Azərbaycanda olmağıma baxmayaraq burada çox rahatam". Bu sözləri SİA-ya özəl açıqlamasında Həmid Lazin adlı küveytli azarkeş deyib.
“Küveytdən gəlmişəm. İlk dəfədir Azərbaycanda oluram. Lakin ilk dəfə olmağıma baxmayaraq burada çox rahatam. Bakı çox möhtəşəm və gözəl şəhərdir. Buradakı insanlar istiqanlı və mehribandırlar. Təhlükəsizlik burada yüksək səviyyədədir. Hər kəs bizimlə nəzakətlə davranır və bizə köməklik göstərir. "Arsenal" komandasına azarkeşlik etmək, Avropa Liqasının final oyununda iştirak üçün Azərbaycana gəlmişəm. Mən Bakı Olimpiya Stadionunda olmamışam, lakin, şəkillərini görmüşəm və bilirəm ki, ora yeni, möhtəşəm bir tikilidir. Bakı Olimpiya Stadionunun möhtəşəm bir idman qurğusu olduğunu bilirəm. Orada final oyununa baxmaq mənim üçün çox xoş olacaq”,- deyə Küveytdən gələn azarkeş öz fikirlərini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB