Xəbər verdiyimiz kimi, bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında UEFA 2019 Avropa Liqasının final oyunu keçiriləcək.
Oyuna azarkeşlik etmək üçün turistlər paytaxtımıza təşrif buyurub. Rusiyadan Azərbaycana gələn gənc qonaq Nikita Medvikov Bakı ilə bağlı təəssüratlarını SİA ilə bölüşüb: "Avropa Liqasının final oyununa baxmaq üçün hazırda Azərbaycandayam. "Arsenal" futbol klubunu dəstəkləyirəm. Onu da qeyd edim ki, Azərbaycan xalqı çox nəzakətlidir. Ölkənizdə hər şey əladır, çox bəyəndim".
Qonaq həmçinin bildirib ki, ötən mövsüm Bakıya atamla Formula 1 yarışını izləməyə də gəlmişdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB