"Təşkilatçılıq və münasibət yüksək səviyyədədir" Azarkeş rəyi

"Təşkilatçılıq və münasibət yüksək səviyyədədir" Azarkeş rəyi

"Təşkilatçılıq yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında Andrey adlı rusiyalı azarkeş deyib.

“Biz "Çelsi"yə azarkeşlik edirik. Bundan əvvəl biz 2013-cü ildə də final oyununu izləmişik. Rusiyada keçirilən dünya çempionatını da izləmişik. Biz artıq üç gündür ki, Azərbaycandayıq. Buranın insanları qonaqlara çox mehriban münasibət bəsləyirlər. Hansı mövzuda müraciət etsək, köməklik etməyə, yardım göstərməyə çalışırlar ki, bu da çox sevindiricidir”, - deyə rusiyalı azarkeş bildirib.

Azarkeş onu da bildirib ki, Bakı çox gözəldir və paytaxtımızı çox bəyənir: "Xüsusilə də Xəzər dənizi hamının xoşuna gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə