2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib. SİA-nın məlumatına görə, Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" klubları arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.
Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də
Azərbaycan paytaxtındadırlar.
Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB