Mauritsio Sarri: “Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq”

Mauritsio Sarri: “Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq”

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının finalında sabah "Arsenal"la Bakıda keçiriləcək görüş öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb:

- Şanslar nə qədərdir?

Dünən bəlkə 60/40-a olardı, amma bu gün 50/50-dir.

- Kante sabaha sağalmasa, işiniz necə olacaq?

- Yarımmüdafiədə bizimlə 3 oyunçu var. Nqolo bizim üçün olduqca vacib oyunçudur. Müdafiəyəmeyilli yeganə oyunçu odur. Əlimizdən gələni edirik ki, onu bərpa edək. Ümid edirəm ki, yetişəcək. Çünki Kantenin olmaması bizim üçün problemdir.

- İtaliyada deyirlər ki, bu, sizin "Çelsi" ilə sonuncu oyununuzdur...

- Biz əvvəlcə final barədə düşünməliyik. Əslində isə müqaviləmiz 3 illikdir.

- Mövsümün əvvəlində demişdiniz ki, yayda klub hara getsə, mən də ora gedəcəm...

- Fikrimi məndən yaxşı bilirsiniz. Bu gün ancaq final barədə danışsaq, yaxşı olar.

- Sabahkı oyun "Çelsi" üçün nə qədər vacibdir?

- ÇL-ə vəsiqədən daha önəmlidir. Biz artıq bu işin öhdəsindən gəlmişik. Sabah isə Avroliqanın finalında oynayırıq. Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq.

- Bəzi azarkeşləriniz Londondan Bakıya gələ bilmədi. Bununla bağlı nə deyə bilərsiniz?

- Bununla bağlı nəsə deyə bilmərəm. UEFA-ya müraciət etməlisiniz. Biz isə məyusuq. Ümid edirəm ki, azarkeşlərimiz burda olacaqlar. Olmasa da, çalışacağıq onlar üçün qələbə qazanaq.

- Bu, sizin üçün həyatınızın ən böyük anlarından biridirmi?

- Bilmirəm. Çünki məşqçinin keçirdiyi hisslər və jurnalistin hissləri fərqlidir. KİV üçün bu oyun həyatımın ən böyük anı kimi qeyd oluna bilər. Bu barədə sabah daha dəqiq danışa bilərəm.

- Məşqçi üçün Eden Hazard kimi oyunçu ilə işləmək necə hissdir?

- Eden Hazardın matç zamanı meydanda olmağı böyük üstünlükdür, həm də problemdir. Amma o, üzərində daha çox çalışmalıdır. Avropanın ən böyük oyunçusu ola bilər. Probelem ondan ibarətdir ki, o çox istedadlıdır. Bəzən məşqdə hər şey onun üçün elə asan olur ki, bizə çətin olur.

- Jiru “Arsenal”da da uzun müddət oynamış futbolçudur. Bu mövsüm isə yaxşı formadadır. Sabah o, sizin üçün nə qədər önəmli olacaq?

- Jirunun yoxluğu bizim üçün böyük problem ola bilərdi. Amma hələ qərar verməmişəm. Sabah daha dəqiq qərar verə bilərəm.

- “Çelsi”də ilk mövsümünüzdə 3-cü yeri tutdunuz. Siz “Çelsi”dən ayrılsanız, özünüzü xoşbəxt hesab edəcəksiniz?

- Mövsümün əvvəli mənim üçün çox çətin idi. Çünki oyunçularımla dil tapmaqda çətinlik çəkirdim. Fevraldan sonra isə onlar çox dəyişdilər, bəlkə də, mən dəyişdim. Amma hazırda 20-22 çox sevdiyim oyunçum var və gələcək qərarlarımda bunları nəzərə almalı olacam. Həm də mən Premyer Liqa futbolunu çox sevirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə