Qasperini “Atalanta ” ilə müqaviləsini 2022-ci ilə kimi uzadacaq

Qasperini “Atalanta ” ilə müqaviləsini 2022-ci ilə kimi uzadacaq

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini klubdakı fəaliyyətini davam etdirəcək.

SİA “Sky Sport İtalia” saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis 2022-ci ilin sonuna kimi nəzərdə tutulacaq yeni müqaviləyə imza atacaq.

Saytın məlumatında bildirilib ki, Qasperini “Roma” üçün də prioritet variantlardan biri olub. Çünki paytaxt klubunun eyni adlı komandasının baş məşqçisi Klaudio Ranyeri əvvəlcədən nəzərdə tutulduğu kimi bu mövsümün komandasını tərk edib. Lakin Qasperini böyük nailiyyət qazandırdığı komandasına üstünlük verib.

Qeyd edək ki, “Atalanta” futbol üzrə İtaliya çempionatının başa çatan mövsümündə tarixinin ən böyük nəticəsinə imza atıb. Can Pyero Qasperininin yetirmələri çempionatı üçüncü pillədə bitirməklə növbəti mövsümdən klub tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqası turnirində iştirak etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə