David Luiz: “ Böyük oyun, yaxşı final olacaq və biz burada tarix yazacağıq"
Avropa Liqasının finalında mayın 29-da "Arsenal"la Bakıda keçiriləcək görüşün iştirakçıları arasında "Çelsi"nin futbolçusu David Luiz də olacaq.
SİA xəbər verir ki, ulduz futbolçu görüşlə bağlı keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
- “Çelsi”nin sabiq ulduzu Maykl Essyen hazırda Azərbaycanda çıxış edir. Bununla bağlı onunla danışmısız?
- Essyen "Çelsi"nin əfsanəsidir. Onunla ölkə və şəhər haqda danışmışıq. Burda olmaqdan həzz aldığını bildirdi.
- “Arsenal”ın baş məşqçisi dedi ki, “Çelsi” artıq ÇL-ə vəsiqə qazandığı üçün onlarda təzyiq bizdən daha azdır. Siz necə düşünürsünüz?
- Hər iki komandanın üzərində böyük təziyq var. Avroliqa özü böyük yarışdır. Hamı bu titulu qazanmaq istəyir.
- Uzun ildir "Çelsi"də oynayırsız. Əgər nəsə qazanmasanız, bu mövsümü uğursuz hesab etmək olar?
- Biz titul uğrunda mübarizə aparmasaq, onda pis olar. Əsas məsələ qələbə qazanmaq yox, onun uğrunda mübarizə aparmaqdır. İngiltərə Liqa Kubokunda titula çox yaxın olsaq da penaltilər seriyasında uduzduq. Sabah isə qələbəyə çalışacağıq.
- Baş məşqçiniz dedi ki, fevraldan sonra komandada müəyyən dəyişiklik oldu. Bu necə baş verdi?
- Həyatda nəyisə dəyişmək istəyirsənsə, bunu anlamaq lazımdır. Biz də bunu başa düşdük və sirrimiz budur. Komandamız güclüdür və titula layiqdir. Amma dayanmadan işləməliyik və yeni hədəflərə doğru getməliyik. Yalnız ağıllı insanlar dəyişikliyə nail ola bilərlər.
- İki London komandası Bakıda mübarizə aparacaq. Qələbə qazansanız karyeranız üçün nə dərəcədə önəmli olacaq?
- Böyük oyun, yaxşı final olacaq və biz burada tarix yazacağıq. Hamı qalib haqda danışacaq. İstəyirik ki, bunu “Çelsi” etsin.
- “Qarabağ”a qarşı bu stadionda oynamışdınız. Həmin matçı necə xatırlayırsınız?
- Hər şey yaxşı yadımdadır. Möhtəşəm stadionda əla oyun olmuşdu. "Qarabağ"la görüş bizə düşərli olmuşdu. Ümid edirəm indi də elə olar.
- Oyunun gecə olması sizin üçün çətin olmayacaq?
- Düşünürəm ki, gec olması bizim üçün adaptasiya baxımından daha yaxşıdır. Amma burda yaşayan azarkeşlər üçün matçın saat 11-də olması daha çətindir, nəinki bizim üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB