Eden Hazard: “Kuboku qazanmağım möhtəşəm vida olmazdımı?”

Eden Hazard: “Kuboku qazanmağım möhtəşəm vida olmazdımı?”

“Peşəkar futbolçu üçün UEFA Avropa Liqasında və ya Çempionlar Liqasında oynamağın fərqi yoxdur. Ən əsası qələbə qazanmaq istəyidir”.

SİA-nın məlumatına görə, bu sözləri mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Arsenal” komandası ilə qarşılaşacaq “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard deyib və fikrinə bu cür davam edib:

“Mən qələbə qazanmaq istəyirəm. Qol vurub və ya vurmamağım önəmli deyil. Əgər bu, mənim sonuncu oyunum olsa belə, yenə də kuboku qazanmağa çalışacağam. Bu möhtəşəm vida olmazdımı?”.

Bütün xəbərlər Facebook səhifəmizdə