İspaniya millisinin sabiq üzvü Xavi Hernandesin Qətərin "Əl Sədd" klubunun baş məşqçisi vəzifəsinə keçidi rəsmiləşib.
SİA-nın Qətər klubunun saytına istinadən yaydığı xəbərə görə, onunla 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Xavi məhz "Əl-Sədd"də bu ay futbolçu karyerasını başa vurub. O, 2015-ci ildə “Barselona”dan bu komandaya keçib. Qətər klubuna qədər Xavi yalnız bir komandanın – “Barselona”nın formasını geyinib. Ulduz futbolçu Katoloniya klubunda 1998-2015-ci illər ərzində çıxış etdiyi 505 oyunda 58 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB