"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
SİA “Zirə” futbol klubunun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Elvin Məmmədovla anlaşıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, daha öncə 2016/17 mövsümündə də "qartallar"ın şərəfini qoruyan Məmmədov indiyə qədər "Turan", "Qarabağ", "Bakı", "İnter", "Qəbələ" və "Sumqayıt"da forma geyinib. Milli komandamızın da vaxtilə böyk perspektiv vəd edən futbolçularından olan Məmmədov Azərbaycan yığmasında meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB