UEFA nümayəndələrindən Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verilib

UEFA nümayəndələrindən Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verilib

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər. SİA-nın AFFA-ya istinadən verdiyi məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə