Avropa Liqasının final oyununa 52 mindən artıq bilet satılıb

Avropa Liqasının final oyununa 52 mindən artıq bilet satılıb
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam edir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzlərində, həmçinin Heydər Əliyev Sarayının kassalarında satılır. Mayın 27-nə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə