“Tottenhem”, “Çelsi” və "Zenit"in sabiq baş məşqçsi Andre Villaş-Boaşın yeni klubu müəyyənləşmək üzrədir.
SİA-nın "sports.ru" saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Marsel"i çalışdırmağa yaxındır. Bildirilir ki, onunla 2 illik müqavilə imzalanacaq. Villaş-Boaşın Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacağı vurğulanıb.
Qeyd edək ki, Boaşın son klubu "Şanxay Telleys" olub. O, 2017-ci ilin noyabrından işləmir.
Xatırladaq ki, "Marsel" hazırkı baş məşqçisi Rudi Qarsiya ilə yolları ayıracaqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB