"Çelsi" futbol klubu, baş məşqçisi Maurisio Sarri ilə yolları ayırmağı düşünmür. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Bildirilir ki, 60 yaşlı mütəxəssisin agenti Fali Ramadani klubun direktoru Marin Qranovski ilə görüşəcək. Bu, Avroliqanın finalında "Arsenal"la oyundan sonra olacaq. Nəşr yazıb ki, klub rəhbərliyi Sarridən növbəti mövsüm üçün komandanın hazırlıq planını gözləyir və onu istefaya göndərməyi planlaşdırmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB