Neymar və ya Kilian Mbappe yayda PSJ-dən ayrıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb. Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futbolçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.
Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumu cari mövsüm öz oyunu ilə yüksək maaş almağa layiq olduğunu sübut etdiyini düşünür.
Münasibətlər o həddə çatıb ki, yayda onlardan biri PSJ-ni tərk edə bilər. Neymar, Mbappeyə mövsümün ən yaxşı oyunçusu mükafatı təqdim olunan mərasimə də qatılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB