"Lester" Robbeni transfer etmək istəyir

"Lester" Robbeni transfer etmək istəyir

"Bavariya"nın futbolçusu Aryen Robben karyerasını İngiltərədə davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Lester" 35 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Premyer Liqa klubunun hollandiyalı oyunçu ilə müqavilə imzalamağa hazır olduğu bildirilir.

Robbenin isə "Lester" keçmək variantına müsbət yanaşdığı vurğulanır. Amma onun yekun qərar vermədiyi iddia olunur.

Qeyd edək ki, Robben Münhen klubundan iyunda ayrılacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə