"Ştutqart" Almaniya Bundesliqasında qalmaq üçün ilk play-out oyununa çıxıb.
SİA-nın məlumatına görə, komanda doğma meydanda "Union"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. “Ştutqart”ın qollarına 42-ci dəqiqədə Gentner, 51-ci dəqiqədə isə Qomes imza atıblar. Qonaqların heyətində 43-cü dəqiqədə Abdullahi, 68-ci dəqiqədə isə Fridrix fərqləniblər.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 27 may tarixində keçiriləcək. Cütün qalibi növbəti mövsüm Bundesliqada oynamaq hüququ qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB