Millimizin baş məşqçisinin mətbuat konfransı keçiriləcək

Millimizin baş məşqçisinin mətbuat konfransı keçiriləcək

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı baş tutacaq. SİA-nın məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün "Bakcell Arena"da media mənsublarının önünə çıxacaq.

“Bakcell Arena”da keçiriləcək tədbir saat 18:15-də başlayacaq.

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək. Hər iki oyun "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə