“Brayton” klubunun yeni baş məşqçisi müəyyənləşib

“Brayton” klubunun yeni baş məşqçisi müəyyənləşib

İngiltərənin “Brayton” klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sözügedən komanda Qrem Potterə tapşırılıb. 43 yaşlı mütəxəssis bu postda Kris Hyutonu əvəzləyib. Onun son iş yeri isə “Suonsi Siti” olub.

Qeyd edək ki, "Brayton" son mövsümdə İngiltərə Premyer Liqasını 36 xalla 17-ci pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə