Kubokun final oyununun başlama saatı dəyişdirilib

Kubokun final oyununun başlama saatı dəyişdirilib

Mayın 19-da Naxçıvan şəhərində keçiriləcək Azərbaycan kubokunun final oyununun başlama saatı dəyişdirilib.

SİA-nın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verib. Xəbərdə deyilir: “Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək oyunun saatı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək”.
Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə