Türkiyə Superliqasında 33-cü tura start verilib.
SİA-nın məlumatına görə, turun açılış oyununda "Kasımpaşa" "Konyaspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərindən 25-ci dəqiqədə Sahiner, qonaqlardan isə 56-cı dəqiqədə Youssef fərqləniblər.
Bu nəticədən sonra "Konyaspor" 43 xalla turnir cədvəlinin 6-cı, "Kasımpaşa" 39 xalla 12-ci pilləsində qərarlaşıb. "Qalatasaray" və "Başakşəhər" hərəyə 66 xalla 1-2-ci pillələri bölüşdürür. "Beşiktaş" isə 62 xalla 3-cüdür.
BU turun mərkəzi görüşü “Qalatasaray”la “Başakşəhər” arasında mayın 19-da oynanılacaq.
SİA-nın Türkiyə Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, sözügedən görüşün baş hakimi Cüneyt Çakır olacaq.
Qeyd edək ki, bu qarşılaşmada qalib gələcək komanda son turun nəticəsindən asılı olmayaraq çempionluğu rəsmiləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB