İker Kasilyas karyerasını bitirib

İker Kasilyas karyerasını bitirib

Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas karyerasını bitirib. SİA-nın xarici mətbuata istinadən verdiyi mıəlumata görə, bu barədə 37 yaşlı qolkiper özü açıqlama verib. Kasilyas bir müddət əvvəl "Portu"nun məşqində infarkt keçirmiş və həkimlər onun karyerasını bitirməli olduğunu demişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə "Real"da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılıb. O, 2015-ci ildən "Portu"nun şərəfini qoruyurdu.

Kasilyas 167 dəfə İspaniya millisinin formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə