Messiyə Kataloniyanın ali mükafatı təqdim olunub

Messiyə Kataloniyanın ali mükafatı təqdim olunub

"Barselona"nın futbolçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kataloniyanın ali mükafatlarından sayılan Sant-Jordi Xaçı 1981-ci ildə təsis olunub. Messi "Barsa" tarixində Yohan Kroyfdan sonra belə şərəfə nail olan ikinci oyunçudur.

Qeyd edək ki, Lionel Messi bu mövsüm 48 oyunda 48 qol və 22 məhsuldar ötürmə müəllifi olub. Onun "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə