İspaniya nəhəngi "Real" hücum xəttini gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid klubu Almaniyanın "Ayntraxt" klubunda əla mövsüm keçirən Luka Yoviçi transfer edib. "Kral klubu" serbiyalı hücumçunun transferi üçün Frankfurt təmsilçisinə 60 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm 47 oyuna 27 qol vurub, 7 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB