“Zirə" 9 futbolçusu ilə yollarını ayırıb.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, "Zirə" Premyer Liqamızda başa çatan mövsümü 31 xalla 5-ci pillədə tamamlayıb. Eyni zamanda, qəsəbə komandası ölkə kubokunun yarımfinalında iki oyunun nəticəsinə görə “Sumqayıt”a uduzaraq avrokuboklarda iştirak etmək şansını da itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB