Qasperini "Roma"nı çalışdırmağa yaxındır

Qasperini "Roma"nı çalışdırmağa yaxındır

İtaliyanın “Roma” klubunun baş məşqçisi postuna daha bir namizədin hallanır.

SİA-nın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, söhbət "Atlalanta"nın baş məşqçisi Can Pyero Qasperinidən gedir.
yayılan xəbərlərə görə, hətta 61 yaşlı mütəxəssis paytaxt klubunu çalışdırmağa da razılıq verib. Sövdələşmə baş tutacağı halda italiyalı çalışdırıcının illik gəliri, bonuslarla birlikdə, 2.5 milyon avro olacaq. Onunla imzalanacaq müqavilənin müddəti isə 3 illik nəzərdə tutulub.

Qeyd edək ki, "Roma"nın hazırkı baş məşqçisi Klaudio Ranyerinin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə