Qadın şahmatçılardan ibarət yığma komandamıza yeni baş məşqçi təyin olunacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlama verib. O, yığma komanadaya yeni baş məşçi vəzifəsinə bir sıra namizədlərin olduğunu qeyd edib: "Amma hələ bu namizədləri federasiyada müzakirə etməliyik. Müzakirədən sonra öz fikrimizi elan edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə