Qvardiola: "Ümid edirəm ki, gələcəkdə də möhtəşəm zəfərlər qazanacağıq”

Qvardiola: "Ümid edirəm ki, gələcəkdə də möhtəşəm zəfərlər qazanacağıq”

2018/19-cu il mövsümünün yekunlarına əsasən, İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilən Xosep Qvardiola açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən mövsüm olduğu kimi, yenə mükafata sahib çıxan ispaniyalı mütəxəssis belə deyib: "Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Həm uğurumuzun memarı olan futbolçuların, həm də mövsümü çempionluqla başa vuran "Mançester Siti”nin məşqçilər korpusunun dəstəyi sayəsində belə şərəfə layiq görüldüm. Mövsüm boyu İngiltərə Premyer Liqasında çalışan digər mütəxəssislərlə, xüsusilə, Yürgen Kloppla mübarizə apardıq. Klopp inanılmaz rəqib idi. Hər birinə qarşı oynamaq xoş idi. Ümid edirəm ki, gələcəkdə də böyük mübarizələrdə möhtəşəm zəfərlər qazanacağıq”.

Xatırladaq ki, Qvardiolanın çalışdırdığı "şəhərlilər” 98 xal toplayaraq çempion olub. Mançester təmsilçisi Klopplu "Liverpul”u 1 xal qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə