Bolqarıstan millisində yeni baş məşqçi

Bolqarıstan millisində yeni baş məşqçi

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Bolqarıstan Futbol Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi komanda Krasimir Balakova tapşırılıb. O, bu vəzifədə Petar Hubçevi əvəzləyib.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis Bolqarıstan millisində 92 oyun keçirib və 16 qol vurub. O, yığma ilə 1994-cü ildə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə