“Oynamağa davam etmək istəyirəm, amma zədələr nə qədər imkan verəcək. Azı 4-5 il də oynamaq niyyətindəyəm". Bu sözləri "Bavariya"nın futbolçusu Aryen Robben Almaniya mətbuatına açıqlamasında deyib.
Bir müddət əvvəl mövsümündə sonunda "Bavariya"dan ayrılacağını bəyan edən hollandiyalı yarımmüdafiəçi karyerasını bitirməyi düşünmədiyini bildirib: "Karyeram ərzində həmişə kuboklar, titullar üçün mübarizə aparmışam. Buna görə də, ilk 5-likdən kənarda olan komandada oynaya biləcəyimi bilmirəm. Karyeramı Avropada davam etdirmək fikrindəyəm, təkliflər gəlib. ABŞ-a a gedə bilərəm".
Qeyd edək ki, 2009-cu ildən Münhen klubunda çıxış edən 34 yaşlı futbolçu bu müddət ərzində 18 kubok qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB