"Köln"ü elitada çalışdıracaq mütəxəssisin kimliyi bəlli olaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bundesliqaya vəsiqə qazanan komanda Axim Bayerlortserlə anlaşıb.
52 yaşlı mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Bayerlortser hazırda II Bundesliqa təmsilçisi "Yan Reqensburq"u çalışdırır və komanda 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, II Bundesliqanın qalibi olan "Köln" 2000-ci ildən 6-cı dəfə elitaya vəsiqə qazanaraq, böyük çempionatlarda rekorda imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB