Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşib

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşib

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün rəmzi komandası müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "11-lik”də 4 klubun oyunçuları yer alıb.

"Mançester Siti" çempion olmasına baxmayaraq, simvolik komandada "Liverpul"lular çoxluq təşkil edir. "Qırmızılar"ın 6 üzvünün yer aldığı heyətdə, "Mançester Siti", "Çelsi" və "Mançester Yunayted" də oyunçu ilə təmsil olunublar. Siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçuların adı salınıb.

Qapıçı: Allison Beker ("Liverpul")

Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Joel Matip (hamısı "Liverpul"), Kayl Uolker ("Mançester Siti")

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Hazard ("Çelsi")

Hücumçular: Məhəmməd Salah, Roberto Firmino (hər ikisi Liverpool), Serxio Aquero ("Mançester Siti")

Bütün xəbərlər Facebook səhifəmizdə