Dünya çempionu: “Qonaqlar hər zaman Azərbaycan haqqında xoş fikirlər bildiriblər” - AÇIQLAMA - ÖZƏL
“Azərbaycan dəfələrlə dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib. Bu yarışlar həmişə yüksək təhlükəsizlik şəraiti təmin edilməklə təşkil olunub. Ölkəmizə gələn bütün qonaqlar - idmançılar, nümayəndə heyətləri, azarkeşlər və digər turistlər hər zaman Azərbaycan haqqında xoş fikirlər bildiriblər”. Bunu SİA-ya açıqlamasında parataekvondo üzrə ikiqat dünya və üçqat Avropa çempionu Aynur Məmmədova deyib.
Dünyanın bir çox ölkələrində yarışlarda iştirak edən idmançı, Azərbaycanda keçirilən yarışların təşkilatçılıq baxımından həmişə daha üstün olduğunu vurğulayıb: “Mən çox ölkələrdə yarışlarda iştirak edirəm. Azərbaycan idman tdbirlərinin keçirilməsində dünyada ən yaxşı təşkilatçılığı ilə seçilir. Ölkəmizdə hər zaman xarici vətəndaşlara qonaqpərvərliklə yanaşılır. Əminəm ki, mayın 29-da Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının final oyunu da peşəkarlıqla təşkil olunacaq və təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək. “Arsenal” klubunun erməni futbolçusunun bu oyunda iştirak üçün Azərbaycana gəlməsinə heç bir maneə yoxdur. Çünki Azərbaycan tərəfi onun təhlükəsizliyinə təminat verib. İndiyədək Azərbaycanda keçirilən bir çox yarışlarda erməni idmançılar iştirak edib və heç bir problem yaşanmayıb. Çünki Azərbaycan təhlükəsiz ölkədir və burada insanlar sülh, əminamanlıq şəraitində yaşayırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB