Fikrət Orman yenidən "Beşiktaş"ın prezidenti seçilib

Fikrət Orman yenidən "Beşiktaş"ın prezidenti seçilib

Türkiyənin "Beşiktaş" klubunda prezident seçkisi baş tutub. SİA-nın məlumatına görə, Hürsər Təkinoktay və klubun son prezidenti Fikrət Orman bu vəzifə uğrunda mübarizə aparıb.

4899 mümkün səsdən 2882-sini toplayan Fikrət Orman 5-ci dəfə İstanbul təmsilçisinə rəhbərlik etmək hüququ qazanıb.

Fikrət Orman daha öncə 2012, 2013, 2016 və 2018-ci illərdə baş tutan seçkilərdə qalib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə