“Akhisarspor” klubu Türkiyə Superliqası ilə vidalaşıb. SİA-nın məlumatına görə, hazırda 25 xalla 18 kollektiv arasında sonuncu pillədə qərarlaşan komandanın mövsümün sonuna iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. Akhisar təmsilçisi 2019/2020 mövsümünü TFF 1-ci liqada keçirəcək.
1-ci liqadan isə Superliqaya vəsiqə qazanan iki klub müəyyənləşib. Biri millimizin sabiq hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi”, digəri isə “Dənizlispor”dur. Mövsümün sonuna 1 tur qalmış “Gənclərbirliyi” 70 xalla 1-ci, “Dənizlispor” isə 69 xalla ikinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB