Dzyuba: “Yalnız ölkə himni o turnirin himnindən yaxşı ola bilər”

Dzyuba: “Yalnız ölkə himni o turnirin himnindən yaxşı ola bilər”

Futbol üzrə Rusiya milli komandasının kapitanı və Sankt Peterburqun “Zenit” komandasının hücumçusu Artyom Dzyuba karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi ilə bağlı fikirlərini bildirib.

SİA-nın “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, 2018-ci ildə Rusiyada keçirilmiş Dünya çempionatında parlaq oyunu ilə yadda qalmış futbolçu bu barədə deyib: “Rusiya çempionatında qalib olmaq mənim karyeramda və həyatımda ən yadda qalan məqamlardandır. Mən əvvəlcədən qarşıma məqsəd qoymuşdum ki, “Zenit”də qalası olsam, mütləq Rusiya çempionu olmalıyam və məqsədimə də çatdım. Mənim növbəti məqsədim 2020-ci ildə keçiriləcək Avropa çempionatında Rusiya millisinin heyətinə düşməkdir.

Mən gələn il üçün seçim qarşısındayam: ya “Zenit”lə UEFA Çempionlar Liqasında çıxış etməliyəm, ya da İngiltərə klublarından birinin təklifini qəbul etməliyəm. Düzünü desəm, bu gün ehtimallar 50-nin 50-yədir. Çempionlar Liqası tam başqa turnirdir. Yalnız ölkə himni o turnirin himnindən yaxşı ola bilər. İngiltərəyə getsəm, çətin ki, ilk “beşlik”də qərar tutmuş komandalardan birində oynayım. Yəqin ki, “Vest Hem” və ya “Everton” arasında seçim etməli olacağam”.

Qeyd edək ki, Dzyuba “Zenit”in heyətində futbol üzrə Rusiya çempionatının 2018-2019-cu illər mövsümünün qızıl medallarını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə