"Brayton" baş məşqçini istefaya göndərib

"Brayton" baş məşqçini istefaya göndərib

İngiltərə Premyer Liqası təmsilçisi "Brayton" baş məşqçisi Kris Hyutonla yolları ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Komandanın ölkə çempionatnın son turunda "Mançester Siti"yə 1:4 hesabı ilə uduzmağından sonra bu qərar verilib. Komandanın cari mövsüm uğursuz çıxışı səbəbindən K.Hyuton istefaya göndərilib. Son 23 liqa matçında cəmi 3 qələbə qazanan "Brayton" bu mövsümü 17-ci pillədə başa vurub.

Qeyd edək ki, K.Hyuton 2014-cü ildən "Brayton"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə olaraq Premyer Liqaya yüksəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə