Ronaldo "Roma"nın müdafiəçisini ələ saldı - FOTO

Ronaldo "Roma"nın müdafiəçisini ələ saldı - FOTO

İtaliya A Seriyasının 36-cı turunun matçında "Roma"nın müdafiəçisi Alessandro Florensi ilə "Yuventus"un hücumçusu Kriştiano Ronaldo arasında qarşıdurma yaranıb. SİA-nın məlumatına görə, görüşün 59-cu dəqiqəsində yaşanan mübahisə zamanı portuqaliyalı hücumçu jestlə rəqibinin susmasına işarə edib. Ronaldo rəqibini onun boyunun kiçik olması ilə ələ salıb.

Qeyd edək ki, portuqaliyalı italiyalı rəqibindən 14 santimetr ucadır. Ronaldonun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.

Qeyd edək ki, "Roma" - "Yuventus" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə