Türkiyə Super Liqasının 2019-2020-ci illər mövsümünə PTT birinci liqasından yüksələn iki klub müəyyənləşib.
SİA-nın məlumatına görə, turnir cədvəlində ilk iki pillənin sahibləri - "Gənclərbirliyi" və "Dənizlispor" sona bir tur qalmış Superliqaya vəsiqəni təmin ediblər.
“Gənclərbirliyi” bu gün 33-cü tur çərçivəsində səfərdə “Qazişəhər Qaziantep”i 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 70-ə çatdırıb.
“Dənizlispor” isə öz meydanında “Karabükspor”un qapısından 6 cavabsız top keçirməklə 69-cu xalını qazanıb.
Son tur öncəsi "Gənclərbirliyi" ən yaxın izləyicisi "Hatayspor"u 6, "Dənizlispor"u isə 5 xal qabaqlayır.
Qeyd edək ki, "Gənclərbirliyi" 1, "Dənizlispor" isə 9 illik fasilədən sonra yenidən Superliqaya çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB