İngiltərə Premyer Liqasında 2018-2019-cu illər mövsümünə yekun vurulub.
SİA-nın məlumatına görə, “Mançester Siti” 6-cı dəfə ölkə çempionu tituluna yiyələnib. “Şəhərlilər” son turda səfərdə “Brayton”u 4:1 hesabı ilə məğlub edərək xallarının sayını 98-ə yüksəldərək çempionatı ilk pillədə tamamlayıb.
“Liverpul”un öz meydanında “Vulverhempton”u 2:0 hesabı ilə məğlub etməsi çempion olmağa kifayət etməyib. Yurgen Kloppun komandası 97 xalla yarışmanın ikincisi olub.
Səfərdə “Lester”lə 0:0 oynayan “Çelsi” 72 xalla 3-cü yeri tutub.
Öz meydanında “Everton”a qalib gələ bilməyib 2:2 hesablı heç-heçə ilə kifayətlənən “Tottenhem” çempionatı 4-c pillədə başa vurub.
Turnir cədvəlində son 3 yerin sahibi – “Haddersfild”, “Fulhem” və “Kardif Siti” Premyer Liqa ilə vidalaşıblar.
Qeyd edək ki, “Mançester Siti” daha əvvəl 1936-1937, 1967-1968, 2011-2012, 2013-2014, 2017-2018-ci illər mövsümünün çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB