Məsut Özilin agenti: “Onun damarlarında qırmızı “Arsenal” qanı axır”

Məsut Özilin agenti: “Onun damarlarında qırmızı “Arsenal” qanı axır”

Almaniya millisinin keçmiş oyunçusu, hazırda Londonun “Arsenal” klubunun yarımmdafiəçisi olan türk əsilli Məsut Özilin agenti Erkut Soqut müştərisinin gələcək karyerası ilə bağlı danışıb.

SİA-nın məlumatına görə, o, müştərisi barədə deyib: “Şayiələr həmişə olacaq, buna heç kimin şübhəsi olmasın. Lakin mən Məsutun sadiqliyinə zəmanət verirəm. Onun ürəyi yalnız və yalnız “Arsenal”la döyünür. Məsutun damarlarında qırmızı “Arsenal” qanı axır və o, bu klubla mövcud olan müqaviləsinə hörmət edir. O, ən azı 2021-ci ilə qədər klubunda qalacaq. Azarkeşlərə də tövsiyəm budur ki, bu yay baş tuta biləcək transfer şayiələrinə uymasınlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə