Şeydayev 90 dəqiqə oynadı

Rusiya Premyer Liqasında 28-ci turun oyunları davam edir.

SİA-nın məlumatına görə, ikinci oyun günündə iki ngörüş keçirilib.

İlk görüşdə “Yenisey” “Krasnodar”ı qəbul edib və 0:4 hesabı ilə məğlub olub.

Günün ikinci görüşündə isə milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” səfərdə “Axmat”ın qonağı olub. Həmyerlimiz əvəz olunmadan çıxış etdiyi görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Yenisey”- “Krasnodar” 0:4

Qollar: Klasson, 31 (0:1), Qazinskiy, 36 (0:2), İqnatyev, 78 (0:3), Süleymanov, 87 (0:4)

“Axmat”-“Krılya Sovetov” 2:1

Qollar: Mbenq, 3 (1:0), 42 (2:0), Burlak, 44 (2:1)

Bir gün əvvəl keçirilmiş görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:

“Orenburq”-“Ural” 2:2

Qollar: Oyevole (avtoqol), 51 (0:1), Sutormin, 72 (1:1), Qalacan, 87 (2:1), Poqrebnyak, 90 (2:2)

“Dinamo”-“Rostov” 0:0

“Anji”- “Arsenal” 0:1

Qol: Bakaev, 34 (pen)

“Lokomotiv”-“Rubin” 4:0

Qollar: Mirançuk, 3 (1:0, pen), Smolov, 10 (2:0), Krıkovyak, 73 (3:0), Kvaratsxeliya,87 (4:0)

Qeyd edək ki, “Lokomotiv”in 4-cü qolunun müəllifi Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycan milli komandasının hücumçusu olub və “Şəmkir”dəki çıxışı ilə daha çox yaddaşlarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə