Mövsümə "Qarabağ"ın qələbəsi ilə yekun vuruldu

Mövsümə "Qarabağ"ın qələbəsi ilə yekun vuruldu

Futbol üzrə Azərbaycan çempionatının 2018-2019-cu illər mövsümünün son oyunu keçirilib.

SİA-nın məlumatına görə, 28-ci turun mərkəzi görüşündə ötən tur ardıcıl altıncı çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” “Bakcell Arena”da gümüş mükafatçı “Neftçi”nin qonağı olub. Oyun dəyişməz çempionun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi” – “Qarabağ” - 2:3
Qollar: M. Mədətov, 15 (0:1), E. Mahmudov, 38-penalti (1:1), C. Sansone, 40 (2:1), M. Mədətov, 64 (2:2), R. Almeyda, 90 (2:3)

Bütün xəbərlər Facebook səhifəmizdə