"Zirə" və "Sumqayıt"dan qələbə

"Zirə" və "Sumqayıt"dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında keçirilən 2018/2019 mövsümünün son turunun oyunları davam edir.

SİA-nın məlumatına görə, günün ikinci və ücüncü oyunlarında “Sabah”-“Zirə” və “Sumqayıt”-“Qəbələ” cütlükləri üz-üzə gəlib. “Əlincə Arena”da baş tutan birinci cütlükdə qonaqlar, Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən ikinci cütlüyün görüşündə isə ev sahibləri sevinən tərəf olub.

“Sabah” – “Zirə” - 0:3
Qollar: Rodrigez, 38, Nqalande, 69, Rodrigez, 80

“Sumqayıt” – “Qəbələ” - 1:0
Qol: Ülvi İsgəndərov, 68

Bütün xəbərlər Facebook səhifəmizdə