“Keşlə”dən böyük hesablı qələbə

“Keşlə”dən böyük hesablı qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatına yekun vurulur.

SİA-nın məlumatına görə, turun ilk oyununda “Səbail” Bayıldakı “ASCO Arena”da “Keşlə”ni qəbul edib.

“Səbail”in tam heyətlə oynamasına baxmayaraq sonuncu pillənin sahibi “Keşlə” bu oyunda 4:1 hesabı ilə qələbə qazanıb. Hətta oyunun 73-cü dəqiqəsində “Keşlə”nin litvalı legioneri Edvinas Girdvainisin qırmızı vərəqə alaraq meydandan qovulması qonaqların böyük hesablı qələbəsinə mane olmayıb.

“Səbail” – “Keşlə” - 1:4
Qol: Andre Klenon, 7 (0:1), Edvinas Girdvainis, 36 (0:2), Samir Məsimov, 45 (0:3), Oke Akpoveta, 53 (1:3), Conatan Ayite, 73 (1:4)

Bütün xəbərlər Facebook səhifəmizdə