Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulacaq. SİA-nın məlumatına görə, son turun bütün oyunları eyni gündə keçiriləcək.
Üçüncü pilləni təmin edən “Səbail” “Keşlə”ni qəbul edəcək. “Zirə” "Sabah"ın, “Qəbələ” isə “Sumqayıt”ın qonağı olacaq.
Turun mərkəzi görüşündə ardıcıl altıncı çempionluğunu ötən tur rəsmiləşdirən “Qarabağ” gümüş mükafatçı “Neftçi” ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq matçdan sonra 2018/2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
15:00 “Səbail” - “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
16:00 “Sabah” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”
16:00 “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
18:00 “Neftçi” - “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB