Bakıda "Böyük dəbilqə" turnirinin ikinci gününün yarışları keçirilir - FOTOLAR
Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin ikinci gününün yarışları keçirilir. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil edilən nüfuzlu turnirin ikinci günündə Azərbaycanın 12 cüdoçusu qüvvəsini sınayır. Kişilərin yarışında Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Murad Fətiyev, Afiq Səfərli, Araş Ağayi, Hasil Cəfərov (81 kq) mübarizə aparırlar.
Qadınlar arasında isə təmsilçilərimiz Diana Şoranova, Nuriyyə Axundova (63 kq), Aidə Baxışova, Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.
Yarışların birinci günündə Nicat Şıxəlizadə (66 kq) Azərbaycan komandasının aktivinə gümüş medal yazdırıb.
Mayın 12-dək davam edəcək turnirdə 57 ölkədən 449 cüdoçu mübarizə aparır. Azərbaycan millisi bu turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB