"Böyük Dəbilqə" turnirinin ilk günündən maraqlı məqamlar - FOTOLAR

"Böyük Dəbilqə" turnirinin ilk günündən maraqlı məqamlar - FOTOLAR

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turniri davam edir. SİA-nın məlumatına görə, bu gün yarışın ikinci gününün qarşılaşmaları keçirilir.

Qeyd edək ki, yarışın birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Nicat Şıxəlizadə finalda Moldova idmançısı Denis Vieruna məğlub olaraq gümüş medalla kifayətlənib. Onunla eyni çəki dərəcəsində mübarizə aparan İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada uduzub. Digər kişi cüdoçularımızdan Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (60 kq) ilk görüşdə məğlubiyyətlə üzləşiblər. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahimov (66 kq) cəmi bir mərhələ adlaya biliblər.

Qadınlar arasında güclərini sınayan təmsilçilərimiz Ramilə Əliyeva, Şəfəq Həmidova, Leyla Əliyeva (48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (52 kq) və Səkinə Zayirova (57 kq) ilk görüşdə məğlub olublar. Aişə Qurbanlı (48 kq), İçinxorloo Munxtsedev və Aleksandra-Larisa Florian (57 kq) isə səkkizdə bir finalda mübarizəni dayandırıblar.

Turnirin ilk gününün qalibləri isə qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) olub.

Kişilər arasında isə 60 kiloqram çəki dərəcəsində braziliyalı Felipe Kitadai, 66 kiloqram çəki dərəcəsində isə Moldova idmançısı Denis Vierun qızıl medal qazanıblar.

"Böyük Dəbilqə" turnirinin ilk günündən maraqlı fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə