Rusiya Premyer Liqasında 28-ci turun oyunlarına start verilib.
SİA-nın məlumatına görə, baş tutmuş 4 görüşdə aşağıdakı nəticələr qeydə alınıb:
“Orenburq”-“Ural” 2:2
Qollar: Oyevole (avtoqol), 51 (0:1), Sutormin, 72 (1:1), Qalacan, 87 (2:1), Poqrebnyak, 90 (2:2)
“Dinamo”-“Rostov” 0:0
“Anji”- “Arsenal” 0:1
Qol: Bakaev, 34 (pen)
“Lokomotiv”-“Rubin” 4:0
Qollar: Mirançuk, 3 (1:0, pen), Smolov, 10 (2:0), Krıkovyak, 73 (3:0), Kvaratsxeliya,87 (4:0)
Qeyd edək ki, “Lokomotiv”in 4-cü qolunun müəllifi Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycan milli komandasının hücumçusu olub və “Şəmkir”dəki çıxışı ilə daha çox yaddaşlarda qalıb.
Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” bu gün səfərdə “Axmat”ın qonağı olacaq. Həmyerlimiz 26-cı turda keçmiş komandası “Zenit”ə qarşı Peterburqda baş tutmuş görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya olunması səbəbindən ötən tur komandasının oyununu kənardan izləməli olmuşdu. Bu gün onun start heyətində meydana çıxacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB